Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:20

Əməliyyatçılara yeni səlahiyyət verilir


Foto illüstrasiya
Foto illüstrasiya

*Youtube Kanalımıza abunə olun - Hər gün yeni videolar olur, izləyin!

Əməliyyat-axtarış fəaliyyəti həyata keçirənlərə yeni səlahiyyətlər verilə bilər.

APA-nın xəbərinə görə, parlament bununla bağlı «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanuna dəyişiklik etməyə hazırlaşır.

Xəbərdə qeyd edilir ki, dəyişiklik təklifi qəbul edilərsə, əməliyyatçılar məhkəmə qərarı olmadan baxış keçirə biləcəklər.

Yeni təklifdə «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun 10-cu maddəsinə əlavə və dəyişiklik edilməsi istənilir. Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyatçılar hakimin qərarı olmadan həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanmasından ötrü yaşayış binalarına və ya digər qapalı tikililərə baxış keçirə biləcəklər.

İndiyədək bundan ötrü məhkəmə qərarı tələb olunurdu.

Layihə parlamentin iclasına tövsiyə olunub.

XS
SM
MD
LG