Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:14

Prezident Avropa Parlamentinin vitse-prezidenti qəbul edib


Azərbaycan/AB
Azərbaycan/AB

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da Avropa Parlamentinin vitse-prezidenti Ryszard Czarnecki-nin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev Avropa Parlamentinin nümayəndə heyətinin səfərinin Azərbaycanda gedən proseslərlə daha yaxından tanış olmaq baxımından yaxşı imkan yaratdığını bildirib.

Xəbərdə qeyd edildiyinə görə, Avropa Parlamentinin vitse-prezidenti R.Czarnecki də deyib ki, «biz sizin daxili və beynəlxalq siyasətinizi bəyənirik».

Söhbət zamanı Azərbaycanda idarəetmənin təkmilləşdirilməsi məqsədilə hüquq və qanunvericilik sahəsində görülən işlərlə bağlı fikir mübadiləsi aparıldığı bildirilir.

Düz bir il əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı sərt qətnamə qəbul etmişdi.

Qətnamədə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərlə bağlı sanksiya məsələsi gündəliyə gətirilirdi. O vaxt Azərbaycan hakimiyyətinin rəsmiləri də bu qətnaməni qərəzli və ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirmişdilər.

XS
SM
MD
LG