Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 14:14

Ermənistanın baş naziri istefa verdi

 Ovik Abraamian
Ovik Abraamian

Ermənistan baş naziri Ovik Abraamian istefa verib. İstefanın səbəbləri bilinmir.

News.am xəbər verir ki, baş nazir özü hökumətin bugünki iclasında bəyanat verib:

“Mən istefa vermək və prezidentə yeni hökuməti formalaşdırmaq imkanı vermək qərarına gəldim”.

Abraamian 2014-cü ilin aprelindən baş nazir idi.

Onun yerinə gələcək namizədlər arasında ən çox şansı olan Yerevanın keşmiş meri və "ArmRosqazpromun" keçmiş rəhbəri Karen Karapetiandır.

XS
SM
MD
LG