Keçid linkləri

Təcili xəbərlər
2021, 14 İyun, Bazar ertəsi, Bakı vaxtı 10:53

Akif Çovdarovun məhkəməsi başlayır


Akif Çovdarov

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Cinayət Məcəlləsinin 9 maddəsi ilə ittiham olunan sabiq idarə rəisi Akif Çovdarovun məhkəməsi sentyabrın 20-də başlayacaq.

APA-nın xəbərinə görə, A. Çovdarov və onunla birgə tutulan digər 4 sabiq MTN-çinin işi Bakı Hərbi Məhkəməsinin icraatına qəbul edilib.

Buna da bax:​ Akif Çovdarova yeni ittihamlar

İşə Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Sabiq rəis qanunsuz azadlıqdan məhrum etmə, mənimsəmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, qanunsuz silah əldə etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, rüşvət alma, vəzifə saxtakarlığı, hakimiyyətdən sui-istifadə və səlahiyyət həddini aşmada günahlandırılır. Digər 4 nəfər də quldurluq, mənimsəmə və daha bir neçə ağır cinayətdə ittiham edilir.

A. Çovdarov və digərləri ötən il noyabrında həbs edilib. O zaman Baş Prokurorluğun yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Onlardan 19-u hazırda həbsdədir. Vəkillərinin bildirməsinə görə, A. Çovdarov və onunla həbs edilənlər ittihamları qəbul etmir.

Buna da bax:​ Keçmiş MTN-çilərin mal-mülkünə həbs qoyuldu

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksək çinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazası əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG