Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:55

Azərbaycan Rusiyadan alınan lisenziyalarından imtina etdi


Rio-2016 paralimpiya oyunları. Braziliya, Rio de Janeiro, 6 sentyabr, 2016
Rio-2016 paralimpiya oyunları. Braziliya, Rio de Janeiro, 6 sentyabr, 2016

Azərbaycan Beynəlxalq Olimpiya Komitəsinin təqdim etdiyi Paralimpiya oyunlarında iştirak hüququ verən 3 lisenziyadan rəsmən imtina edib. Bu qərar Rusiya paralimpiyaçılarının oyunlara buraxılmaması nəzərə alınaraq qəbul edilib.

Bu haqda Azərbaycan Paralimpiya Komitəsinin mətbuat katibi Səmayə Məmmədova xəbər verib.

Onun bildirdiyinə görə, azərbaycanlı paralimpiyaçılar özlərinin qazandıqları lisenziyalar əsasında bu gün (7 sentyabr) start verilən olimpiya oyunlarına qatılıblar.

Buna da bax:​ Rusiyalı paralimpiyaçılar Rioya buraxılmadı

Azərbaycan Rio-2016 paralimpiya oyunlarına 41 lisenziya qazanıb. Lisenziyaları 24 paralimpiyaçı 6 idman növündə əldə edib.

Bir müddət öncə Beynəlxalq Olimpiya Komitəsi rusiyalı paralimpiyaçıların lisenziyalarının alınaraq digər ölkələrə paylanılması barədə qərar verib. Bu qərar çərçivəsində Azərbaycana da 3 lisenziya təqdim edilmişdi. İdman Arbitraj Məhkəməsi də bu qərarı haqlı saymışdı.

Azərbaycan Paralimpiya Komitəsi bu qərarı müsbət qarşılamadığını bildirib.

XS
SM
MD
LG