Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Rioda Paralimpiya Oyunları başlanır


Foto illüstrasiya
Foto illüstrasiya

Sentyabrın 7-də Braziliyanın Rio-de-Janeyro şəhərində 2016-cı il Paralimpiya Oyunları başlanır. Cəmi üç həftə öncə «Marakana» stadionunda Olimpiya Oyunlarının məşəli söndürülmüşdü.

11 gün çəkəcək yarışmada 161 ölkədən 4 mindən çox paralimpiyaçı atlet çıxış edəcək. Onların içində rusiyalılar yoxdur.

Rusiya paralimpiya komandasına qadağa qoyulub. Buna Moskvanın dopinq proqramına dövlət səviyyəsində sponsorluğunu üzə çıxarmış araşdırma səbəb olub.

Paralimpiya Oyunlarının ulduz idmançıları - iranlı ağırlıqqaldıran Siamand Rahman, britaniyalı, əlil arabasıyla qaçışçı David Weirvə çinli gözdən əlil sprinter Liu Cuiqing-dir.

XS
SM
MD
LG