Keçid linkləri

2025, 26 Mart, çərşənbə, Bakı vaxtı 18:25

Rayonlarda yağış gözlənir


Foto arxiv
Foto arxiv

Sentyabrın 7-si Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacaq. Yarımadada gecə 19-23, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı bildirilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimal edilir. Gecə 18-23, gündüz 24-29, dağlarda gecə 9-14 , gündüz 15-20 dərəcə isti olacağı təxmin edilir.

XS
SM
MD
LG