Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:11

Türkmənistanda icazəsiz mobil telefon idxalı qadağan edilib


Mobil telefon. (Photo Shutterstock)
Mobil telefon. (Photo Shutterstock)

Türkmənistan mətbuatının verdiyi məlumata görə, Aşqabad hava limanında ölkəyə Türkmənistan Nazirlər Kabinetinin nəzdində olan radiotezliklər üzrə idarələrarası komissiyanın xüsusi icazəsi olmadan yeni mobil telefonların ölkəyə gətirilməsinin qadağan olunması haqqında elan vurulub.

Hazırki gömrük işçiləri hələ 1999-cu ildə qəbul texnikanın kommersiya məqsədilə idxalı haqqında qanunda nəzərdə tutulan hallara əsaslanaraq, şəxsi istifadə üçün gətirilmiş yeni mobil telefonların müsadirəsinə başlayıb. Son günlər ərzində ən azından bir neçə nəfər belə hallarla qarşılaşdığı haqda xəbər verir.

Buna da bax:​ “Məqsəd mobil danışıqları nəzarətə götürməkdir”

Elanın mətnindən şəxsi istifadə üçün və ya satış məqsədilə gətirilməsi dəqiq başa düşülmür. Lakin elanın icazəsiz idxala qadağa haqqındakı hissəsi qalın hərflərlə qabardılıb.

Rəsmi orqanlar ölkədə istifadə olunan mobil telefonların ixdalının rabitə təhlükəsizliyi tələblərinə uyğun olaraq nizamlanması məqsədilə yeni mobil telefonların Türkmənistana icazəsiz idxalı qadağan edilib.

XS
SM
MD
LG