-
Rusiya Prezidenti Vladimir Putin-lə Almaniya kansleri Angela Merkel sentyabrın 4-də axşam Şində G20 sammiti çərçivəsində görüşüblər. Onların 2 saat danışıq apardığı bildirilir.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib ki, liderlər Suriya münaqişəsini, özəlliklə də, hökumətin mühasirəsində olan Hələbdə “katastrofik” humanitar durumu müzakirə ediblər.
Seibert-in sözlərincə, Putin və Merkel Ukraynanın şərqindəki münaqişəyə son qoyacaq Minsk razılaşmasının icrası barədə “çox konkret” danışıblar.
Bu, Merkel-lə Putin-in son aylar ərzində ilk görüşüydü. Rusiya 2014-cü ildə Ukraynanın Krım vilayətini anneksiya edəndən ikitərəfli münasibətlər gərginləşmişdi.
2015-ci ilin fevralında Fransa və Almaniyanın da imzaladığı Minsk sazişi münaqişəyə son qoymağı hədəfləyirdi. İki ildən artıqdır davam edən münaqişədə 9 min 500 nəfərdən çox adam həlak olub. Tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edir.