Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:48

Hökumət ipoteka qaydalarını dəyişdirir


Yeni tikilən hündürmərtəbəli bina
Yeni tikilən hündürmərtəbəli bina

İpoteka üçün 1 kvadratmetr yaşayış sahəsinin orta bazar qiyməti müəyyən ediləcək

Nazirlər Kabineti «İpoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi qaydası»nı təsdiqləyib.

Buna da bax:​ Prezident 'ipotekaya 200 milyon manat ayrılsın' demişdi!

APA-nın məlumatına görə, bu qaydalar İpoteka Fondunun vəsaiti ilə alınan mənzillərdə 1 kv.m-lik sahənin Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətini müəyyən edir.

Bu, əhalinin yaşayış sahələrinə artan tələbatının ödənilməsi üçün əlverişli maliyyə vəsaitlərinə çıxış imkanlarının, ipoteka kreditləşməsi sisteminin səmərəliliyinin artırılması məqsədilə müəyyənləşdirilir.

Buna da bax:​ İpoteka Fondu vəsait ödənişini dayandırıb

Yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiyməti müəyyənləşdirilərkən - yaşayış sahəsinin təmirli olması, onun yerləşdiyi ərazi və mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması kimi amillər nəzərə alınacaq.

Hazırda Bakıda manatın devalvasiyasından sonra mənzillərin 1 kv. metri zonasından asılı olaraq, orta hesabla 2000-500 dollar arasında dəyişir.

XS
SM
MD
LG