Litvanın müdafiə naziri Juozas Olekas sentyabrın 3-də deyib ki, «Rusiyanın hücumuna məruz qalan dostlarına» kömək etmək onların borcudur.
Bununla ikinci dəfədir ki, Vilnüs 2014-cü ildə Krımın Rusiyaya qeyri-qanuni birləşdirilməsindən sonra Ukraynaya hərbi yardım edir.
«Biz Ukraynanın xahişinə cavab verdik və ümid edirik ki, işlərinə yarıyacaq», Olekas Frans Press-ə deyib.
Buna da bax: Kravchuk: “Rusiya Ukraynanı zəbt etsə bu onun sonu olacaq"
Rusiyanın Ukraynaya təsirinin artması NATO və Avropa Birliyinin üzvü olan Litvanın narahatlığını artırıb.
«Litva daim Ukraynaya öz ərazisinin bütövlüyü uğrunda mübarizə aparmaqda və dəyərlərini qorumaqda yardım edəcək», Olekas Reuters-ə bildirib.
2014-cü ilin aprelindən bəri Ukraynanın şərqində rusiyameyilli qüvvələrlə hökumət qüvvələri arasında döyüşlərdə 9500-dən çox adam həyatını itirib.