Suriyanın şimalında türk hərbçilərinin köməyi ilə 8 kənd özünü İslam Dövləti adlandıran yaraqlılardan təmizləyib.
Sentyabrın 3-də Türkiyə sərhəddindəki əl-Rai şəhərinin ərazilərinə quru yolla daxil olub və hərbi əməliyyatlara başlayıb.
Türkiyənin «Hürriyyət» qəzetinin son xəbərlərinə görə, döyüş təyyarələri Suriyada bir neçə hədəfi vurub. Təyyarələr Kiçik Çuxur kəndində 4, Tendürek kəndində 6 hədəfi də məhv edib.
Buna da bax: Türkiyə Suriyada ikinci cəbhə açıb
Suriyada hərbi əməliyyatlara Türkiyə təkcə hava qüvvələri ilə yox, həm də tanklarla başlayıb.
«Hürriyyət» qəzeti bunu «Türkiyə Suriyada yeni cəbhə açdı» adıyla xarakterizə edib.