Keçid linkləri

2026, 01 May, cümə, Bakı vaxtı 15:16

Yupiterin heç kimin görmədiyi yeni şəkilləri

Yupiter
Yupiter

Bu ilin iyulunda Yupiterin orbitinə göndərilən «Yunona» kosmik aparatı Yerə yeni şəkillər göndərib. Aparat Yupiterin indiyə kimi heç kimin görmədiyi rakurslardan şəklini çəkməyə nail olub.

NASA kosmik agentliyinin yaydığı təsvirlərdə Yupiterə hər iki qütbdən baxmaq mümkündür.

«Yunona»nın göyərtəsində planetin atmosferini öyrənmək üçün aparatura quraşdırılıb. Onun köməkliyi ilə öyrənilir ki, Yupiter sərt nüvədən, yoxsa, bütünlüklə qazlardan ibarətdir. Yupiter barədə informasiya bütün Günəş sistemininyaranması barədə bilgi verəcək.

Avqustun 28-də «Yunona» Yupiterin orbitində birinci dövrəsini başa çatdırıb. Kosmik aparat planetə maksimum məsafədə yaxınlaşıb. Kosmik aparatın missiyası 2018-ci ilin fevralınadək davam edəcək və bundan sonra aparat planetin atmosferinə daxil olub orda yanacaq.

This item is part of
XS
SM
MD
LG