Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

300 rus turist Antalyaya gəldi


Antalya
Antalya

Sentyabrın 2-də Rusiyadan Türkiyəyə turist daşıyan ikinci çarter təyyarəsi uçub. Antalyaya gələn təyyarədə 309 sərnişin olub.

Birinci çarter təyyarə təxminən 1 ay əvvəl Türkiyəyə turist gətirmişdi.

Rusiya 2015-ci ildə Suriya sərhədində hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra turist daşıyan çarter reyslərinə qadağa qoymuşdu. Təyyarə olayı hər iki ölkədə qarşılıqlı iqtisadi sanksiyalara səbəb olmuşdu.

İyunda Türkiyə prezidenti Recep Tayyip Erdoğan olayla bağlı üzr istəyəndən sonra hər iki tərəf arasında münasibətlər yumşalmağa doğru istiqamət alıb.

Rusiyalılar Türkiyənin turizm sektorunda əhəmiyyətli rola sahibdir. Rəsmi məlumatlara görə, bu ilin əvvəlində Türkiyəyə gələn xarici turistlərin sayı 30 faiz aşağı düşüb.

Türkiyə səyahət agentlikləri bu il 600 min rusiyalı turistin ölkəyə gələcəyini proqnozlaşdırırlar.

İki ölkə arasında münasibətlərin yaxşılaşmasından sonra «Türk Hava Yolları» şirkəti Ankara, Antalya və İstanbuldan Moskvaya reyslərinin sayını 11-ə çatdırıb.

XS
SM
MD
LG