Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Sentyabr, şənbə, Bakı vaxtı 18:05

Azərbaycan nefti 47 dollara düşüb


Neft

Dünya birjalarında neftin qiymətinin ucuzlaşması davam edir.

Nyu-Yorkun NYMEX (New York Mercantile Exchange) birjasında «Layt» markalı neftin bir barrelinin qiymətinin 1.65 dollar ucuzlaşdığı bildirilir. Hazırda «Layt» markalı neftin 44.70 dollara satıldığı açıqlanıb.

Londonun ICE (InterContinental Exchange Futures) birjasında «Brent» markalı neftin qiymətinin də 1.33 dollar aşağı düşdüyü qeyd edilir. «Brent» nefti 47.04 dollar olub.

AZƏRTAC xəbər verir ki, «AzəriLayt» markalı neftin bir barrelinin qiyməti isə 1.41 dollar ucuzlaşıb. Azərbaycan nefti 47.91 dollara satılır.

Azərbaycanın «qara qızılı» qızıl vaxtını 2008-ci ildə yaşayıb. Həmin vaxt «AzəriLayt» neftinin bir barreli 149 dollara yüksəlmişdi.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG