Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:07

Özəlləşdiriləcək müəssisələrin təqdimatı olub


İnvestisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı - 31 avqust 2016
İnvestisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı - 31 avqust 2016

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi avqustun 31-də özəlləşdirməyə çıxarılan dövlət müəssisələrinin ictimai təqdimatını keçirib.

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, təqdimata beynəlxalq maliyyə institutları, konsultasiya şirkətləri və xarici sahibkarlar qatılıblar.

Təqdimatda bildirilib ki, özəlləşdirməyə çıxarılan 200 dövlət müəssisəsinin 75-i qismən satılacaq. Dövlət Komitəsi açıqlayıb ki, aktivlərin 30 faizinin xüsusi mülkiyyətə verilməsi planlaşdırılır.

NƏHƏNG ŞİRKƏTLƏRİN MARAĞI VAR

Təqdimatda bildirilib ki, iri müəssisələrdən başqa, investisiya təsiri tələb edən daha 190 kiçik müəssisə də satışa çıxarılacaq.

Təqdimatda «Deloitte», «PwC», «McKinsey&Company», «Baker&McKenzie», KPMG və EY kimi nəhəng əcnəbi şirkətlər iştirak ediblər.

Buna da bax-Özəlləşdiriləcək 65 müəssisə adı açıqlandı

ÖZƏLLƏŞDİRMƏ TARİXÇƏSİ

Prezident İlham Əliyev bu ilin yanvarında «geniş özəlləşdirmə proqramının hazırlanması» barədə tapşırıq vermişdi. Mayda isə «Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında» Fərman imzalayıb.

Prezident iyulda daha bir fərman verərək, dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsini və idarə edilməsinin səmərəliliyinin artırılmasını istəyib.

Buna da bax-Özəlləşdirmə çeklərini kimin tabutuna yapışdıraq?

Bunlaradək Azərbaycanda iki dəfə özəlləşdirmə proqramı həyata keçirilib. Ekspertlər deyir ki, indiyədək icra olunan iki dövlət proqramı arzulanan sonuca çatmayıb.

Dövlət əmlakının özəlləşdirilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. 2000-ci il avqustun 10-da da prezident «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiqi haqda fərman imzalayıb.

1996-2015-ci illərdə Azərbaycanda 47 minədək (Naxçıvan Muxtar Respublikası nəzərə alınmadan) kiçik dövlət müəssisəsi və obyektin özəlləşdirildiyi bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG