Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 14:03

E.Məmmədyarov Avropaya səfər edir


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 1-də Almaniyanın Potsdam şəhərində ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirak edəcək.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun deməsinə görə, toplantı ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier-in təşəbbüsü ilə keçirilir: «Bu görüşdə məqsəd ATƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Habelə, ATƏT məkanına təsir üçün səmərəli mexanizmlərin hazırlanması ilə bağlı müzakirələrin keçirilməsi gözlənilir».

E.Məmmədyarov sentyabrın 3-də isə Slovakiyanın paytaxtı Bratislava şəhərində Avropa Birliyinə üzv dövlətlərin «Şərq Tərəfdaşlığı» ölkələri ilə qeyri-rəsmi görüşünə qatılacaq.

E.Məmmədyarovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.

«Şərq Tərəfdaşlığı» proqramının əsası 2009-ci ildən qoyulub. Bu proqram Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu proqramda məqsəd Avropa Birliyi ilə münasibətləri daha yüksək səviyyəyə çatdrımaqdır. Həmin ölkələrdən Ukrayna, Moldova və Gürcüstan artıq Avropa Birliyi ilə Assosiativ üzvlük sazişi bağlayıb.

Bu il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib.

XS
SM
MD
LG