Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:47

Xam neftə arxayın olmaq...


Karikatura
Karikatura

►Hökumət neft gəlirlərinin idarə edilməsindən də qazana bilməyib

Hökumətin bir çox iqtisadi davranışına baxanda ümidin, sadəcə, xam neftə bəsləndiyini görmək olar.

Sanki bu gəlirlərun daim mövcud olacağı kimi bir münasibət səgilənib. Belə yanaşma neftdən gələn pullarla davranışda da özünü göstərir.

Hökumət neft gəlirlərini heç bir limit qoymadan xərcləyib, heç bu pullardan qazanc əldə etməyə də ciddi yanaşmayıb.

Buna da bax: 2025-ci ilədək iqtisadiyyatın yol xəritəsi hazırlanır

İndiyə kimi gəlirlilik 5%-ə çata bilməyib

Bu, özünü Dövlət Neft Fondunun (DNF-nin) investisiya portfelinin gəlirliliyində də göstərir. DNF-nin vəsaitlərin idarə edilməsindən qazandığı gəlirliliyə baxaq:

2006 – 4.2%

2007 – 4.5%

2008 – 3.8%

2009 – 3.3%

2010 – 1%

2011 – 0.8%

2012 – 2.2%

2013 – 1.77

2014 – 1.5%

2015 – 1.24%

Neft Fondu mövqeyini onunla əsaslandırır ki, daha az riskli sahələrə investisiya yatırır. Və nəticədə gəlirlilik aşağı olur.

Bütün bunların fonunda Azərbaycanın neft gəlirləri və hasilatı azalıb. Deməli, xam neftə deyil, ondan istifadəyə daimi yanaşılmalı idi.

Buna da bax: Dünyada neft kəşfləri azalıb

“Düzgün olmayan strategiya yürüdülür”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov ehtiyatların idarə edilməsinin gəlirliliyinin ilbəil azalmasına diqqət çəkir:

“Buradan iki əsas nəticəyə gəlmək mümkündür. Birincisi, DNF vəsaitlərin idarə edilməsində düzgün olmayan strategiya yürüdür. İkincisi, fondun əməkdaşlıq etdiyi menecerlər böyük vəsaitlərin idarə edilməsində kifayət qədər təcrübəli deyillər. Rentabelliyin dinamikası bu fikri deməyə əsas verir”.

Ekspert əlavə edir ki, neft pulları daha gəlirli sahələrə yönəldilə bilər:

“Bu məqsədlə DNF-nin investisiya siyasətinə dəyişiklik edilməli və nə qədər gec deyil, bu vəsaitlərin bir qismi istehsala yönəldilməlidir. Beynəlxalq rəqabətliliyə davamlı və ixrac istiqamətli sənaye formalaşdırılmalı, xüsusilə müasir dövrün favoriti hesab edilən informasiya texnologiyaları sektoruna ciddi yatırımlar edilməlidir”.

Buna da bax-İlham Şaban: 'Hökumət təlatümün qarşısını alır'

Daha aşağı faizlə iqtisadiyyata

Onun qənaətinə görə, bu vəsaitlərin bir qismi isə yerli banklar vasitəsilə daha aşağı faizlərlə iqtisadiyyata yönəldilə bilər:

“Bu zaman inflyasiya da minimuma enər. Çünki daha bahalı hesab edilən xarici sərmayənin qarşısı alınar ki, nəticədə dövriyyəyə artıq pul kütləsi daxil olmaz. Daha az faizli kreditlər iqtisadi təşəbbüskarlığı artırar, innovasiyanın tətbiqini stimullaşdırar və yerli biznes mühitinin genişlənməsində ilkin kapital kimi sükanı ələ ala bilər. Başqa sözlə, vəsaitlər yığımdan çox hasilata, sahibkarlığın inkişafına və dünya bazarlarında rəqabət apara biləcək markaların yaradılmasına sərf edilməlidir. Zənnimcə, ölkənin gələcəyi baxımından bu, daha səmərəli ola bilər”.

Müqayisə üçün, Azərbaycan Qazaxıstanla müqayisədə aktivlərin idarəsindən daha az gəlir əldə edir. 2005-2012-ci illərdə neft gəlirlərinin idarə olunmasından əldə edilən orta gəlir Qazaxıstanda Azərbaycandakından 2 dəfəyədək çox olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG