Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:27

Dünyada neft kəşfləri azalıb


Qazaxıstanda neft buruğu, 21 yanvar, 2016
Qazaxıstanda neft buruğu, 21 yanvar, 2016

Təxminən 2 il əvvəl neftin qiymətində başlayan azalma ilə şirkətlər neft axtarışına ayrılan büdcələrini kəsdilər. Sonucda 2015-də sadəcə 2.7 milyard barellik yeni mənbə kəşf edilib. Edinburqda yerləşən Wood Mackenzie təşkilatının göstəricilərinə görə, bu, 1947-dən bəri ən aşağı səviyyədir. Bu il də vəziyyət fərqli deyil. Neft axtarış şirkətləri iyul ayına 736 milyon barel neft tapıb.

Buna da bax: Ən azı 4 milyarda başa gələn Avropa Oyunları

ABŞ Dövlət Enerji İnformasiya İdarəsi bildirir ki, qlobal neft tələbi hazırda günlük 94.8 milyon barreldən, 2026-cı ildə 105.3 milyon barelə yüksələcək. Rusiya və OPEC-in sürətlə hasilata davam etməsi beynəlxalq neft anbarlarını doldurub. Bu ölkələr bazar paylarını qoruya bilməkdən ötrü dünyanı sanki neftlə boğublar.

Wood Mackenzie-də neft araşdırmalarına məsul Andrew Latham-a görə, qlobal neft xərcləri 2014-​cü ildə 100 milyard dollar idisə, 2015-ci ildə bu rəqəm 40 milyard dollar azalıb. Latham deyir ki, xərclərin həcmi 2018-ci ilədək eyni səviyyədə qalacaq.

XS
SM
MD
LG