Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

Subsidiyalar fermerlərin kartına köçürüləcək, amma hələ yox...


Masallıda bazar
Masallıda bazar

Azərbaycan fermerləri əkin sahəsinin becərilməsinə görə, onlara çatası dövlət yardımını hələ iyulun 20-dən almalı idilər. Amma 40 gün ötsə də, subsidiyadan bir xəbər yoxdur.

İş başa çatıb, qalır Komissiyanın yığılması

Kənd Təsərrüfatı Nazirliyindən (KTN) subsidiyaların ödənilməsi üçün siyahıların, artıq, hazır olduğunu deyirlər. Nazirliyin kənd təsərrüfatına dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov bildirib ki, Dövlət Komissiyasının yaxın vaxtlarda toplaşaraq müvafiq qərar qəbul edəcəyi gözlənilir.

Buna da bax: Prezidentin göstərişi, 2159-cu il və kakao qoxusu...

«Qərarın yubanması sırf texniki məsələlərə bağlıdır. Yubanmaya bu ilin iyun ayında pambıq, tütün və barama istehsalçılarını əkin sahəsinə görə, subsidiya alacaq şəxslərin siyahısına daxil etmək səbəb olub. Ötən müddətdə əkin sahələri dəqiqləşdirilib, yerli komissiyalarda sənədlər hazırlanıb. İş artıq yekunlaşıb və qərar qəbul edilən kimi ödənişin aparılması üçün Maliyyə Nazirliyinə təqdim olunacaq. Ödəniş hər bir istehsalçının kart hesabına köçürüləcək». Nazirliyin rəsmisi belə deyir.

Buna da bax: Paşa Holdinq haqda bilmədikləriniz

Əkin sahəsi artıbsa, yardım da artıb...

Bu il dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər çərçivəsində kənd təsərrüfatı sektoruna ötən ildəki qədər – 186,2 milyon manat ayrılması nəzərdə tutulurdu. Ancaq, gözlənildiyinə görə, yardım siyahısının genişləndirilməsi nəticəsində subsidiyanın həcmi də artmalıdır.

Buna da bax: Atalar, deyəsən, devalvasiyada da üçdən deyib...

Dövlət Statistika Komitəsi əkin sahələri ilə bağlı dəqiqləşdirilmiş məlumatları açıqlayıb. Müəyyən olunub ki, payızlıq və yazlıq əkin sahələri 2015-ci ilə nisbətən 2,7 faiz artaraq 1 milyon 628,9 min hektara çatıb. Bunun 51,5 min hektarı pambıq, 2,4 min hektarı isə tütün plantasiyalarıdır.

Yardım alanların siyahısı da açıqlanacaq

Subsidiyaların verilməsi Nazirlər Kabinetinin qəbul etdiyi «Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə, dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları» ilə tənzimlənir.

Buna da bax: Kəndli: «Torpaqlarımız kefimizdən boşuna qalmayıb ki?»

Bu sənədə görə, istehsalçılara hər hektara bitkilərin becərilməsinə sərf etdikləri yanacaq və motor yağları üçün 50 manat verilir. Buğda, çəltik, pambıq, tütün əkininə görə də qeyd edilən məbləğə 40 manat əlavə edilir. Bu ildən etibarən hər yetişdirilən 1 kq baramaya görə isə 2 manat yardım verilməlidir. Bu il 70 ton barama istehsal edildiyi bildirilir.

Buna da bax: İqtisadçıdan 'SOS' siqnalı

Fermerlərə maliyyə yardımı 2007-ci ildən verilir. KTN 3-cü ildir ki, dövlətdən yardım alan istehsalçılarının rayonlar üzrə adbaad siyahısını öz rəsmi elektron informasiya resursu vasitəsilə açıqlayır.

Buna da bax: Günel Mövlud. Göysatan olmaq istəməyənlər...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG