Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:41

Tacikistan yeni tədris modelinə keçir


Arxiv fotosu
Arxiv fotosu

Ciddi qayda ilə oturmuş şagirdlər və ya lövhənin qarşısında duran klassik pedaqoq modeli tarixə qarışır. Ölkədə yeni tədris üsulunun daha demokratik və innovativ olacağına inanılır. Yeni model şagirdlərə dərs müddətində sinif otağında hərəkət etməyə və qruplar şəklində müzakirə aparmağa icazə verəcək.

2016-cı ilin yeni tədris ilindən Tacikistanda ibtidai məktəb müəllimləri yeni tədris modelinə keçir. Tacikistanın Elm və Təhsil nazirinin müavini Latofat Naziri avqustun 30-da Azadlıq Radiosuna verdiyi açıqlamasında müəllimlərin yay tətili müddətində hazırlıq kursları keçdiyini və yeni innovativ üsulun tədrisi üçün tam hazır olduqlarını bildirib. Nazirinin sözlərinə görə, sözügedən üsul "Kompitent təhsil" adlanır və amerikalı psixoloq və pedaqoq Benjamin Blum tərəfindən hazırlanıb.

Buna da bax: «Əli və Nino» bunu təbliğ edib - «Biz respublikaçıyıq, monarxist deyilik»

Tacikistanın Soqdi vilayətində ibtidai təhsil müəllimi işləyən Mastura Camalova yay tətilində yeni modelə hazırlıq keçənlərdəndir. Onun sözlərinə görə, yeni üsula görə, şagirdlər dərsin mövzusu ətrafında öz mülahizələrini, ideya və fikirlərini irəli sürəcək. Müəllimlər isə bu üsulla şagirdlərdə tənqidi düşüncə bacarıqlarını inkişaf etdirə və şagirdin bilik və bacarıqlarını aktiv və əyləncəli üsulla ölçə biləcək.

Əsas fərqlər

Kreativ tədris modelinə keçidin əsas təşəbbüskarlarından biri olan Azim Bayzoyev Azadlıq Radiosuna müsahibəsində yeni tədris modelinin tətbiqindən sonra əlaçı və zəif oxuyan şagirdlərin olmayacağını qeyd edib. "Əlbəttə, hər bir sinifdə zəif oxuyan və əlaçı şagirdlər var. Bu üsulda isə bu cür fərqlər olmayacaq".

Buna da bax: Borçalıda ədəbiyyat və məktəb dərdi...

Bayzoyevin sözlərinə görə, yeni üsul şagirdə hazır bilik deyil, problemin özünü təqdim edir. Şagird isə öz təcrübə və bacarıqlarından istifadə edərək həlli tapmalıdır.

Tacikistanın Elm və Təhsil Nazirliyi sözügedən yeni tədris üsulunu ölkənin 55 məktəbində pilot layihə kimi tətbiq edib. Layihənin özünü doğrultduğu üçün bütün ölkə üzrə tətbiq olunması planlaşdırılıb. Nazirlik sonrakı illərdə bu modeli yuxarı sinif məktəblərində də tətbiq etməyi planlaşdırır.

Azərbaycanda ibtidai təhsil milli kurikuluma əsasən həyata keçirilir. Ölkədə təhsil haqqında yeni qanun və layihələrdə xarici ölkələrin təcrübələri nəzərə alınsa da, hazırda ölkənin bütün dövlət məktəblərində tədris ənənəvi Sovet üsulu ilə həyata keçirilir. Azərbaycanın Təhsil naziri Mikayıl Cabbarov müsahibələrində yaxın illərdə tədris modellərinin inkişaf etdirilməsi planının nəzərdə tutulduğunu deyir.

XS
SM
MD
LG