Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:12

Fransa ABŞ-la azad ticarət danışıqlarını dayandırır


Matthias Fekl
Matthias Fekl

Fransanın xarici ticarət naziri Matthias Fekl deyir ki, ölkəsi Avropa Birliyi ilə ABŞ arasında böyük ticarət sazişiylə bağlı danışıqların bitirilməsini istəyir və Avropa Komissiyasına belə bir çağırış edəcək.

Fekl avqustun 30-da RMC radiosuna deyib ki, «artıq Fransada bu danışıqlara siyasi dəstək yoxdur».

Nazir deyir ki, Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı (TTIP) üzrə danışıqlar yeni raund başlamadan dayandırılmalıdır.

ABŞ-ın ticarət məsələləri üzrə təmsilçisi Michael Froman-ın sözçüsü avqustun 30-da Almaniyanın «Der Spiegel» jurnalına bildirib ki, danışıqlarda «ciddi irəliləyiş» əldə olunub.

Amma Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier elə bu gün AB ilə ABŞ-ın razılaşmadan hələ xeyli uzaq olduğunu söyləyib.

Almaniya rəsmiləri bir gün öncə də danışıqların faktiki olaraq iflasa uğradığını, amma heç kəsin bunu etiraf etmədiyini bildirmişdi.

Təsdiqlənsəydi, TTIP ilə dünyanın ən böyük azad ticarət zonası yaradılacaqdı.

XS
SM
MD
LG