Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:57

Ash Carter-dən Türkiyəyə çağırış


Ash Carter
Ash Carter

ABŞ-ın Müdafiə naziri Ash Carter Türkiyəni çağırıb ki, «İslam Dövləti» (İŞİD) qruplaşmasıyla mübarizə aparsın, Birləşmiş Ştatların dəstəklədiyi Suriya kürdləriylə savaşmasın.

«Türkiyə və kürd döyüşçülərin tarixi ziddiyyətləri olduğunu anlayırıq. Amma Amerikanın maraqları da yetərincə aydındır», - Carter deyib. «Biz də, onlar kimi, İŞİD-i məğlub etmək istəyirik və onlara çağırış edirik: gəlin burada prioritetlərimizi təmiz saxlayaq».

Carter avqustun 29-da danışıb. Ondan öncə isə Pentaqon bəyanat yayaraq bildirib ki, Fərat çayının cənubunda, Cerablus şəhərində Türkiyə və ABŞ-ın dəstəklədiyi kürd qüvvələrin toqquşmaları qəbuledilməzdir və «dərin narahatlıq» yaradır.

Carter-in sözlərinə görə, Baş qərargah rəisi general Joseph Dunford avqustun 28-də türkiyəli həmkarıyla danışıb. Carter deyir, kürd məsələsini gələn həftə Avropada türkiyəli həmkarı Fikri Işık ilə görüşündə qaldıracaq.

Amma ABŞ-ın tənqidlərinə baxmayaraq, Türkiyə prezidenti Recep Tayyip Erdoğan avqustun 29-da bildirib ki, İŞİD və kürd yaraqlılarının «vətəndaşlarımıza yaratdıqları təhlükə» kəsilməyincə, Türkiyə Suriyada hərbi əməliyyatları davam etdirəcək. O, həmin yaraqlıları «terrorçu» adlandırıb.

XS
SM
MD
LG