Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:30

‘Xəstəxanada həkimdən çox polis vardı’


Bloqqer Mehman Hüseynov
Bloqqer Mehman Hüseynov

«Biz qəbul şöbəsində dedik ki, «bu adama təcili yardım göstərilməlidir». Ancaq dedilər ki, «həkim yoxdur, o Sumqayıtda yaşayır, uzaqdadır, biz də ona baxa bilmərik, xəstəni bura gətirməməliydiniz» və s... Xəstələrlə çox kobud davranırdılar»

Orta yaşlı bir kişi əsəbi halda tibb işçilərindən ona yardım göstərilməsini istəyir. Az sonra polis onu sakitləşdirməyə çalışır... Bu kadrları «Facebook» sosial şəbəkəsində «Sancaq production» səhifəsinin idarəçisi, bloqqer Mehman Hüseynov sosial şəbəkələrdə yayıb. O, «Sabunçu xəstəxanası» kimi tanınan 3 saylı Şəhər Klinik Xəstəxanasında şahidi olduğu insidenti kameraya çəkib.

Buna da bax: Polis gəncləri saxladı, buraxdı...

«Kişi bir saat idi yalvarırdı ki...»

Mehman Hüseynov AzadlıqRadiosu-na danışır:

«O kişi bir saat idi yalvarırdı ki, ona təcili yardım göstərilsin, ya heç olmasa, ağrıkəsici vurulsun. Ancaq tibbi yardım almadıqda o dözmədı, başladı əsəbi halda danışmağa».

Mehman Hüseynovun sözlərinə görə, xəstəxananın mühafizəçiləri kamerasını ondan almaq istəyiblər: «Ancaq bunu bacarmadılar. Ondan sonra polis çağırdılar. Xəstəxana mühafizəçiləri idarədə üzümüzə durdular».

Buna da bax: Deputat Mehman Hüseynovun videosu haqda danışır

Mehman Hüseynovla yanaşı iki gənc fəal da saxlanılıb, izahat yazdıqdan sonra buraxılıblar.

«Dedilər ki, xəstəni bura gətirməməliydiniz»

Bloqqerin söylədiyinə görə, bu xəstəxanada təkcə həmin pasiyentə deyil, başqalarına da yardım göstərilmir. O, xəstəxanada pasiyentlərlə «kobud davranıldığını, xəstələri müayinə edəcək həkim olmadığını» da bildirir:

«Biz həftəsonu dostlarımızla futbol oynayırdıq. Bir dostumuz yıxılaraq zədə aldı. Təcili yardım onu Sabunçu xəstəxanasına apardı. Biz də arxasınca getdik, çünki bu xəstəxananın adı çıxıb. Biz qəbul şöbəsində dedik ki, «bu adama təcili yardım göstərilməlidir», ancaq dedilər ki, «həkim yoxdur, o Sumqayıtda yaşayır, uzaqdadır, biz də ona baxa bilmərik, xəstəni bura gətirməməliydiniz» və s... Xəstələrlə çox kobud davranırdılar. Heç bir tibbi yardım göstərilmirdi, deyirdilər ki, həkim yoxdu».

Buna da bax: Mehman Hüseynov: 'Əminiydilər ki, villanı çəkməmişəm'

Videokadrda gənclərin həkimlə mübahisəsi də görünür. İlham Qəmbərov adlı həkim onlara xəstəni xəstəxanada qoyub getmələrini, dostları isə ona tibbi yardım göstərilməsini istəyirlər.

«Burda həkimdən çox polis var»

Mehman Hüseynov gördüyü başqa bir hadisəni də danışır: «Xəstəxanada həkimdən çox polis vardı. Bir nəfər bıçaqlanan gəlmişdi, yardım istəyirdi. Ancaq onu həkim yox, polis gəlib apardı, araşdırırdılar ki, harda, necə bıçaqlanıb».

AzadlıqRadiosu xəstəxananın baş həkimi ilə danışa bilməyib. Qəbul şöbəsindən bildiriblər ki, həkim günorta 3-dən sonra işdən gedir. Ancaq baş həkimin cərrahiyyə üzrə müavini Əbülfəz Hüseynov «Qafqazinfo»ya deyib ki, avqustun 28-də – bazar günü bütün həkimlər iş başında olublar:

Buna da bax: 'Elmara «günəşin altında yer» vəd edirdilər'

«Pasiyent xəstəxanaya sərxoş vəziyyətdə gəlib. O xəstədə heç bir kəskin patalogiya olmayıb. Həmin şəxs orada böyük problem yaradıb. Polisin əlini dişləyib, tibb bacılarını təhqir edib. Travmatoloqlar və cərrahlar bütün günü xəstəxanada olub. O video qərəzli formada çəkilib. Həkimlərimiz kadrda görünmür. Həmin şəxslər öyrədilmiş şəkildə xəstəxanaya daxil olub. Hadisə yaşanan zaman xəstəxananın polisləri çağrıldı. Polisləri də təhqir etdilər».

Əbülfəz Hüseynov avqustun 28-də onlara 72 pasiyent müraciət etdiyini, onlara tibbi xidmət göstərildiyini bildirir.

Bloqqer Mehman Hüseynov bir qədər əvvəl deputat Tahir Süleymanovun Şabrandakı villasını çəkərkən polis tərəfindən saxlanılmışdı.

Buna da bax:

Jurnalist və villa
Gözlə
Embed

No media source currently available

0:00 0:03:09 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG