Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:15

'Elmara «günəşin altında yer» vəd edirdilər'


«Ölkəyə işıqlı gələcək, Elmara isə «günəşin altında yer» vəd edirdilər»

«Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yalnış olması barədə xəbərdarlıq edirdi»

«Elmar Hüseynovu qətlə yetirənlər cəzasız qalmayacaq. Biz bu cinayətin sifarişçilərinin və icraçılarının əsl adlarının açıqlanmasına çox yaxınıq».

Buna da bax: Jurnalist Elmar Hüseynovun doğum günüdür

Bunu iyulun 17-də «Qanun» nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu mərhum jurnalist Elmar Hüseynovun məzarı başında söyləyib.

İyulun 17-də «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. Bu gün Elmarın 49 yaşı olur.

Buna da bax: «Elmar Hüseynov ölümü ilə bizi qorudu»

«Strateji düşüncə» Mərkəzinin rəhbəri İsa Qəmbər Elmar Hüseynovun Azərbaycanda söz azadlığına böyük töhfəsini qeyd edib. O, Türkiyədəki vəziyyətlə paralellər gətirərək vurğulayıb ki, məhz azad KİV, sosial media demokratik institutların müdafiəsində və hərbi qiyamın baş tutmamasında həlledici rol oynayır.

İ.Qəmbər Azərbaycan hakimiyyətini medianın durumuyla bağlı yenidən düşünməyə, mətbuata təzyiqlərə, söz azadlığının sıxışdırılmasına son qoyulmasına çağırıb.

«Azərbaycan hakimiyyəti başa düşməlidir ki, cəmiyyətin azad olacağı və cəmiyyəti iflic edən zərərli tellərdən azad olan minlərlə insanın Elmarın məzarına gələcəyi gün uzaqda deyil». Bunu isə çıxışında Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Buna da bax: Jurnalistlər Elmar Hüseynovu andılar [video]

Turan agentliyinin direktoru Mehman Əliyev deyib ki, o vaxtlar yüksək vəzifəli şəxslər Elmarla görüşür, ölkəyə işıqlı gələcək, ona isə «günəşin altında yer» vəd edirdilər: «Lakin o, bunu rədd edərək hakim rejimin idarə etdiyi ölkənin inkişaf yolunun yanlış olması barədə xəbərdarlıq edirdi».

«Xural» qəzetinin redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı deyib ki, Azərbaycanın azad mətbuatı bu gün də Elmar mirasından güc alaraq mübarizəni davam etdirir. «Bizim sayımız az ola bilər, ancaq sözümüz haqq sözüdür. Odur ki, cəmiyyət avtoritarizm üzərində qələbəyə məhkumdur».

Elmar Hüseynov 2005-ci il martın 2-də öz evinin girəcəyində dörd güllə ilə öldürülüb. Öldürülməmişdən əvvəl hakimiyyət dəfələrlə ona qarşı cinayət işi qaldırıb, hədə-qorxulara məruz qoyub, məhkəmə sanksiyaları tətbiq edib.

Elmar Hüseynovun qatilləri hələ də cəzasız qalıb.

Onun həyat yoldaşı və oğlu hazırda Norveçdə yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG