Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 23:37

İran nüvə obyektində Rusiya raketləri yerləşdirib


Fordoda S-300 sistemi

-

İran rəsmiləri bildirir ki, Fordo nüvə obyektini qorumaqdan ötrü burada Rusiya istehsalı olan uzaqmənzilli raket sistemi yerləşdirib.

İran hava qüvvələrinin komandiri Farzad Esmaili avqustun 28-də IRIB dövlət kanalına deyib ki, ölkənin nüvə obyektlərinin qorunması “bütün şəraitlərdə” vacibdir. Onun sözlərinə görə, “bu gün İran səması regionda ən təhlükəsiz məkanlardan biridir”.

Dövlət televiziyası Fordoda raket buraxıcı qurğularını səmaya tuşlamış S-300 daşıyıcısını göstərib.

Bu videodan bir neçə saat öncə ölkənin Ali dini lideri Ayatollah Ali Khamenei hava komandirləri qarşısındakı çıxışında deyib ki, ölkənin hərbi gücü yalnız müdafiə məqsədi güdür.

XS
SM
MD
LG