Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 15:21

ABŞ-da prezidentliyə namizədlər təlimatlandırılır


Hillary Clinton və Donald Trump

Demokrat partiyasından ABŞ prezidentliyinə namizəd Hillary Clinton avqustun 27-də ilk dəfə milli təhlükəsizlik məlumatı əldə edib.

“Qolos Amerika” xəbər verir ki, ABŞ-ın üzləşdiyi yerli və qlobal təhlükələrlə bağlı gizli məluatlar Nyu-York ətrafındakı federal binalardan birində keçirilən görüşdə verilib.

ABŞ-da prezidentliyə əsas namizədlər və onların yaxın məsləhətçiləri təhlükəsizliklə bağlı məlumatlardan istifadə qaydaları ilə bağlı mütləq təlimat almalıdır.

Müsahibəni Milli Kəşfiyyat Direktoruluğu İdarəsi aparır.

Associated Pressin məlumatına görə, Clintonla görüş Federal Təhqiqat Bürosunun White Plains-dəki ofisində keçirilib.

Görüş 2 saata yaxın sürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG