Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 02:03

Türkiyə ABŞ-ın dəstəklədiyi kürd qrupları vurur (Video)


Türkiyə ordusu Suriyada kürd qrupları da vurur
Gözlə

No media source currently available

0:00 0:01:31 0:00

Türkiyə ordusu Suriyada kürd qrupları da vurur

Avqustun 27-də Türkiyə hava qüvvələri Suriyada ABŞ koalisiyasının dəstəklədiyi kürd döyüşçülərin mövqelərinə zərbələr endirib.

Londonda mənzillənən «Suriyada İnsan Hüquqları Müşahidəçiləri» bildirib ki, Türkiyə qırıcıları, əsasən, kürd döyüşçülərin daxil olduğu və ABŞ koalisiyasının dəstəklədiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bir neçə gün öncə azad etdikləri Əl-Amarna kəndində hərbi əməliyyat keçirib.

SDQ-nin Cerablus Hərbi Konsulluğu yaydığı bəyanatda bildirib ki, kəndə edilən hücum mülki şəxslər arasında itkiyə səbəb olub və onlar bu hücumları pisləyiblər.

*** Bunlara da baxın:

Kənd Cerablus şəhərinin 8 km-də yerləşir, Cerablus avqustun 25-də Türkiyənin dəstəyi ilə suriyalı üsyançıların «İslam Dövləti» yaraqlılarından geri aldığı sərhəd şəhəridir.

Avqustun 24-də Türkiyə Suriya ilə sərhəddə quru qoşun yeridib.

Türkiyənin «Hürriyet» qəzeti yazır ki, ölkənin 50 tankı və 380 şəxsi hərbi heyəti Suriya ərazisinə keçib.

Türkiyə SDQ-nın bir qolu olan Kürd Xalqının Müdafiəsi Birliyinə (YPG) xəbərdarlıq edib ki, geri çəkilsin, əks halda onların mövqeyinə hücum edəcək.

YPG «İslam Dövləti» yaraqlılarına qarşı effektiv mübarizə aparan qüvvələrdən biridir.

Türkiyə sərhədlərində kürd dövləti yaranmasından narahatdır.

XS
SM
MD
LG