Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

Türkiyə Suriyanın Cerablus şəhəri ilə sərhədə əlavə qüvvə toplayıb


Türkiyə ordusu avqustun 26-da Suriyanın Cerablus şəhəri ilə sərhədə əlavə tank və zirehli texnikalar toplayıb.

Qeyd edək ki,Türkiyənin dəstəklədiyi Suriya üsyançıları 2 gün əvvəl bu şəhəri “İslam Dövləti” qrupunundan geri alınıb.

Türkiyə əməliyyat zxamanı Suriya ərazisinə canlı qüvvə və tanklar yeridib.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri həmçinin əməliyyata havadan dəstək göstərib.

Ankara bəyan edib ki, məqsəd “İslam Dövləti” qrupunu bu şəhərdən çıxarmaq, həmçinin şəhərə hücuma hazırlaşan Suriyadakı kürd qüvvələrinin qarşısını almaqdır.

Türkiyə YPG adlı kürd qruplaşmasının sərhədlərinə yaxınlaşmasını istəmir.

ABŞ-ın dəstəklədiyi bu kürd qruplaşması da Suriya rejiminə qarşı mübarizə aparır.

ABŞ bundan əvvəl onları şəhərə girməməyə və Dəclə çayının o tayında qalmağa çağırmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG