Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:14

Meşə zibilləndi, sədr cərimələndi


Foto illüstrasiya
Foto illüstrasiya

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xaçmaz rayonu Nabran Bələdiyyəsinin sədri Qüdrət Qədimovu 2 min manat cərimə edib. Açıqlamanı nazirlik yayıb.

Açıqlamada deyilir ki, sədrin cərimələnməsinə səbəb Nabran ətrafında yerləşən Dalğalı kəndi ərazisində və kəndə bitişik meşə sahələrində, o cümlədən «Kardinal» istirahət mərkəzinin yaxınlığında ərazinin zibillənməsidir

Nazirlik bu tullantılara görə meşələrə kiçik və böyük qruplarla gəzintiyə gələn və günlərlə meşələrdə çadır qurub qalanları təqsirli bilir.

Nazirlik mövcud vəziyyətin təkrarlanmaması məqsədilə Xaçmaz rayon İcra Hakimiyyətinə, Xaçmaz rayon Nabran Bələdiyyəsinə, Xaçmaz rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinə tədbirlər görülməsi məqsədilə rəsmi müraciət ünvanladığını bildirir.

XS
SM
MD
LG