Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

Bakıda üfüqlər sakit olacaq


Günəş
Günəş

Avqustun 27-si Bakı və Abşeronda, əsasən, günəşli hava gözlənilir. Lakin yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da ciddi yağıntı gözlənilmir. Axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir Gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı güman edilir.

XS
SM
MD
LG