Keçid linkləri

2026, 12 Aprel, bazar, Bakı vaxtı 07:03

Bakıda tıxac. Heydər Əliyev Fondu film çəkir

Tıxac. Foto arxiv
Tıxac. Foto arxiv

Avqustun 24-dən aeroport yolunda və paytaxtın bəzi mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hərəkətin məhdudlaşdırılması avqustun 24-ü və 25-də bir çox küçələrdə tıxaclara səbəb olub.

«Turan» İnformasiya Agentliyi Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması kino çəkilişi ilə bağlıdır.

Avqustun 24-dən paytaxtda Heydər Əliyev Fondu «Bakı» adlı filmin çəkilişlərinə başlayıb.

Çəkilişlərin sentyabrın 11-dək davam edəcəyi bildirilir. Bu müddətə qədər paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətində çətinliklər yaranacağı bildirilir.

This item is part of
XS
SM
MD
LG