-
Pakistanda qiyam və terrorçuluq ittihamlarıyla həbsdə yatan siyasətçi Karaçi şəhərinin meri seçilib.
Muttahida Qaumi Hərəkatından (MQM) keçmiş nazir və deputat Waseem Akhtar şəhər bələdiyyə şurasındakı səsvermədə 294 səsdən 196-nı qazanıb.
Akhtar iyulda həbs olunub, 2007-ci ildə, vilayət daxili işlər naziri olanda qiyamları zorakılıqla yatırmağa göstəriş verməkdə təqsirli bilinib.
Akhtar avqustun 24-də keçirilən səsvermədə qalib gəlib. Bir gün öncə isə hakimiyyət MQM-nin mühacirətdə olan lideri Altaf Hussain-ə zorakılığı qızışdırma ittihamı irəli sürüb.