Keçid linkləri

2025, 24 Mart, Bazar ertəsi, Bakı vaxtı 04:07

İstilər azalır


Günəş
Günəş

Avqustun 26-sı Bakı və Abşeron yarımadasında yağıntı olmayacağı bildirir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 21-25, gündüz 31-36, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Ölkə rayonlarında da ciddi yağıntı gözlənilmir. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 18-23, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti təxmin edilir.

Ötən həftə və bu həftənin 4 günü ərzində temperatur Bakıda 37, rayonlarda 40 dərəcəyə qədər yüksəlmişdi.

XS
SM
MD
LG