Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:35

Azərbaycanın daha 4 şirkəti Rusiyaya ət və süd məhsulları ixrac edəcək.

Bunlar «Qəbələ Quşçuluq» ASC, hazır ət məhsulları istehsal edən «Səhliyalı» MMC, süd və süd məhsulları istehsal edən «Biləsuvar Aqro» MMC və «Pal Food» MMC şirkətləridir.

Bu barədə İqtisadiyyat Nazirliyi xəbər yayıb.

Nazirlik bildirir ki, bu razılıq Azərbaycanla Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılan kənd təsərrüfatı sahəsində əməkdaşlıq və təchizat üzrə işçi qruplarının Moskva görüşündə əldə edilib.

İndiyədək Azərbaycanın 12 şirkəti məhsullarını ixrac etməkdən ötrü Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin apardığı reyestrə daxil edilib.

Nazirliyin məlumatında deyilir ki, digər yerli müəssisələrin də reyestrə salınması istiqamətində işlər davam etdirilir.

XS
SM
MD
LG