İranın müdafiə nazir Rusiyanı Suriyaya hücumlardan ötrü İran bazalarından istifadəsi barədə məlumatı yaydığına görə tənqid edib, bunu «lovğalıq və qeyri-centlemen hərəkəti» adlandırıb.
İran dövlət televiziyası avqustun 22-də general Hossein Dehghan-dan bir sitat yayıb, o deyib ki, «rusiyalılar supergüc olduqlarını göstərməyə çalışırlar».
Ötən həftə Rusiya İran bazalarından Suriyaya zərbə endirməyə başlayıb. Tehran bu barədə yayılan informasiyaları təkzib edib. Dehghan avqustun 20-də bildirib ki, Həmədan bazasında Rusiya hərbi təyyarələri yerləşmir, buradan dayanacaq kimi istifadə edirlər.
Tehranla Moskva Suriya prezidentiBashar al-Assad-ı dəstəkləyir.
Bir qrup iranlı deputat ötən həftə bəyanat yayaraq, Rusiyanın İranda bazadan istifadə etməsini konstitusiyanın pozulması adlandırıb. Belə ki, ölkə konstitusiyası hər hansı xarici hərbi iştirakı qadağan edir.