Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 09:25

Rio Olimpiadası bitdi


Bağlanış mərasimi

-

Avqustun 21-də Braziliyanın paytaxtı Rio de Janeyroda 2016-cı il Yay Olimpiya oyunlarının bağlanış mərasimi keçirilib.

Marakana stadiondakı tədbiri, küləkli və yağışlı havaya baxmayaraq, 50 min tamaşaçı izləyib.

16 günlük yarışma müddətində 206 ölkədən 10 min atlet 28 idman növü üzrə yarışıb.

Mərasimin sonunda Tokionun meri Yuriko Koike Olimpiya bayrağını Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Thomas Bach və Rionun meri Eduardo Paes-dən qəbul edib. 2020-ci il Yay Olimpiadası Yaponiyada keçiriləcək.

“Əsrarəngiz şəhərdə ecazkar Olimpiya oyunlarına tamaşa etdik”, BOK prezidenti Thomas Bach deyib.

Daha sonra Olimpiya məşəli söndürülüb.

XS
SM
MD
LG