Avqustun 22-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 22-26, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 41 dərəcə isti olacaq.
Buna da bax: Qayalıqda yaşayanlar...
Bakıda gecə 23-25 dərəcə isti, gündüz 37-39 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava yağmursuz olacaq, şərq küləyi əsəcək.
Gecə 20-25, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.