Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 20:48

İsraillə Türkiyə arasında münasibətlər normallaşır

Türkiyə/İsrail
Türkiyə/İsrail

Türkiyə parlamenti Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutan qanun layihəsini ratifikasiya edib.

Qanun layihəsinə görə, İsrail 2010-cu ilin mayında «Mavi Mərmərə» gəmisinə hücum nəticəsində yaxınlarını itirən ailələrə 20 milyon dollar təzminat ödəyəcək.

İyulun 29-da İsrail Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı razılaşmanı təsdiq edib.

2010-cu ilin mayında İsrail hərbçiləri Qəzzaya humanitar yardım aparan «Mavi Mərmərə» gəmisinə hücum etmişdi. Həmin hücumda 9 Türkiyə vətəndaşı öldürülmüşdü. Bundan sonra Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşmişdi.

2016-cı ilin əvvəlindən iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılmışdı.

This item is part of
XS
SM
MD
LG