-
Avanqard rejissor Alejandro Jodorowsky Çilidə dünyaya gəlib. Onun ailəsi yəhudi qətliamından xilas olmaq üçün Ukraynadan baş götürərək Cənubi-Amerikaya üz tutub. Jodorowsky-nin ilk peşəsi klounluq olub, bunun ardınca o tamaşalar hazırlayıb, pyeslər və kitablar yazıb, əsərlərində latın amerikası mədəniyyəti ilə avropa avanqardını birləşdirib.
O uzun müddət Fernando Arraballa birlikdə "Panika" adlı hərəkatda olur, sərgərdan həyat yaşayır, Andre Bretonla dostluq edir, John Lennon-u filminə çəkir, Merlin Manson və Dita von Tees-lə əməkdaşlıq edir. 80 yaşında olmasına baxmayaraq Jodorowsky gümrah və yaradıcı planlarla doludur.
- Siz həmişə başqalarını heyrətləndirməklə məşğul olmusunuz, bəs özünüzü heyrətə salan olubmu?
- Bəli. Bir dəfə Meksikada Poçita adlı cadugər-şamanla tanış olmuşdum. O adamları ancaq əlinin enerjisi ilə sağaldırdı və bıçaqla anesteziya vermədən əməliyyat edirdi. O trans vəziyyətinə düşür və bədəninə meksika tanrıları girirdi. Onunla qarşılaşanda mənim sağlamlıqla bağlı problemim vardı və o qarnımı bıçaqla yarıb içimdən kista çıxartmışdı. Bu dəhşət ağrılı bir şey idi, ancaq cəmi 8 dəqiqə davam etmişdi. Mən qarnım yarılmış halda özümü balaca uşaq kimi köməksiz hiss edirdim, başa düşürdüm ki, bütün bunlar çılğınlıqdır və başıma nə gələcəyini bilmirdim. İnsanın dözüm gətirə bilməyəcəyi dəhşətlərdən keçdikdən sonra Poçita yaramı tikdi, ağrı keçdi.
Bax onda anladım ki, dəhşət insanı sağaltmaq üçün mühüm bir vasitədir. Həmçinin dərk etdim ki, həyatım boyu hər şeydən qorxmuşam: iqtisadi olaraq vəziyyətimin pisləşəcəyindən, xəstəliklərdən, qocalıqdan, ölümdən, kiməsə bağlanmaqdan və hər şeyimi ona verməkdən. Mən naməlumluq qarşısında dəhşət yaşayırdım, insan kimi varlığımı itirəcəyimdən qorxurdum, qorxurdum ki, həyatımı məhv edərəm. Qısacası ona qədər həyatım boyu müxtəlif qorxuların əsiri olaraq yaşamışdım. O müalicə məni heyrətləndirdi.
Buna da bax: "Kinoya çevrilmiş məşhur kitablar"
- Bəs incəsənət?
- İncəsənət gözəllik deməkdir. Bəs gözəllik nədir? Bu dəhşətin yaşaya bildiyin vahid porsiyasıdır. İncəsənət də qorxudur, ancaq bu xoş qorxudur, həzzdir. İncəsənətin zirvəsi poeziyadır. Poeziya bizə gündəlik həyatda üzləşdiyimiz bütün dəhşətlərə sinə gərib yaşamağa yardımçı olur.
- Yaş ötdükcə insanlar get-gedə mühafizəkarlaşır, xüsusilə də bu keçmiş radikallarda çox nəzərə çarpır. Bəs sizdə necə?
İnsanların çoxu işini sevmir, iş onlara zövq vermir, ömrünün sonunda isə ürəyindən keçəni etməyə imkan yaranır.
- Məndə hər şey başqa cürdür. İnsan yaş ötdükcə ya daha da zəifləyir, gücünü itirir, ya da cəsarətlənir, çünki daha itirəcəyi heç nəyi qalmadığını dərk edir. Çünki həyatın sonuna gəlibsiniz, gənclikdə etməyə çəkindiyin şeyləri də edə bilərsən. Ürəyindən keçəni danışa bilərsən, edə bilərsən. Oturub öz-özünə ölçüb-biçməyi daha kənara atırsan. Hər bir insan marqsız işlə məşğul olarkən qabağa düşmək üçün oturub öz-özünə ölçüb-biçir. İnsanların çoxu işini sevmir, iş onlara zövq vermir, ömrünün sonunda isə ürəyindən keçəni etməyə imkan yaranır. Qoca vaxtı sevişəndə, vaxtın çoxunu orqazma çatmağa sərf edirsən, çünki demək olar ki, sperm qalmır və bütün bu prosses çox uzun çəkir, qadın başını itirir. Bax qocalıq deyilən şey budur.
- Qorxudan çox danışırsınız, bəs hansı qadınlardan qorxursunuz?
- Artıq qeyd etdim ki, gözəllik dəhşətin zövq verən kiçi bir parçasıdır. Ona görə də kişi üçün hər bir qadın müəyyən mənada qorxu mənbəyi ola bilər. Ancaq tutaq ki, homoseksuallar üçün fərqi yoxdur, onlar həyatlarında cəmi bir qadından qorxurlar, o da anaları. Heteroseksual kişilər isə bütün qadınlardan qorxurlar. Çünki qadınlar gözəldir.
Buna da bax: "Yuxuları filmə köçürən rejissor - Michel Gondry"
- Bir müsahibənizdə deyibsiniz ki, “Müqəddəs dağ”ı çəkəndə filmi LSD narkotikası qədər güclü bir şeyə çevirmək istəmisiniz. Bəs indi 60-cı illərin psixodelikasına necə yanaşırsınız?
- O dövr özüylə çox yeniliklər gətirdi. Ümumiyyətlə istənilən dövr bir yanı ilə maraqlıdır, çünki insanın üzünə yeni qapılar açır, nəsə bir yenilik gətirir. 60-cı illər əla bir dövr idi, ancaq məsəlçün inkiviziya dövrü də mənə maraqlıdır.
- Siz kino tarixinin ən radikal rejissorlarındansınız. İndi isə kino radikalizmdən uzaqlaşıb, bir növ evdarlaşıb. Bəs necə düşünürsünüz, kinonu yenidən əvvəlki gücünə və radikalizmə qaytarmaq mümkündürmü?
- Hələ o vaxtlar bu çox çətin idi. Kino çəkmək üçün pul tapmağa çox güc sərf edirdik. Kino sənayesi iyrənc idi və elə indi də o cürdür. Hər şey adamın özündən asılıdır, əgər onun cəsarəti kifayət edirsə hər şeyin öhdəsindən gələ bilər. Böyük sənətkar olmaq həmişə çətindir. Çünki, kino sənayəsində heç kim sənət yaratmaq istəmir. Gərək xarakter göstərəsən, səbirli və inadkar olasan.
- Sənətdə icazə verilənlə verilməyənin sərhəddi hardadır? Məsəlçün, siz nəyi heç vaxt etməzdiniz?
- Heç bu haqda düşünməmişəm də. Mən nə edirəmsə özülüyündən belə alınır. Kinoda nəsə etmək istəsəm bunu edirəm. Sadəcə mənə maraqlı olan şeylər var. Məsəlçün, indi silsilə qətllərlə bağlı çoxlu filmlər var. Hər dəfə mənə qadın qatillə bağlı ssenari gətirəndə deyirəm ki, bir şərtlə razılaşaram, qadının yerinə dəvəquşu çəkək. Bu halda qatil dəvəquşu haqda film ortaya çıxar. Ancaq nədənsə heç kim mənlə razılaşmır.
- Kitablarınızda ailənizin başına gələnləri yazıbsınız. Ordan bir kədəri hadisəni xatırlayıram. Nənəniz əminizin Dnepr çayında daşqın zamanı boğulmasından sonra Tanrıdan üz döndərib. Çünki əminiz xilas olmaq üçün Talmudun cildləri olan bir kitab şkafının içinə girməyə çalışıb və batıb. Beləliklə ailəniz yəhudilikdən üz döndərib. Bəs siz əcdadlarınızın vətəni olan Ukraynaya baş çəkibsinizmi?
- Ora getməyi çox istərdim. Oğlanlarım da bunu istəyir. Oğlanlarımın biri bu yaxınlarda Kiyevə gedib, orda bir tamaşada oynayıb və heyrətamiz təəssüratlarla qayıdıb. Oranın qadınları oğlumun çox xoşuna gəlib.
Buna da bax: "Woody Allen: Məncə ABŞ-ın növbəti prezident Hillary olacaq"
- Siz rejissorluqdan əlavə öz filmlərinizdə də oynayıbsınız. Növbəti kinolayihənizdə oynamağı düşünürsünüzmü?
- Bəli, ancaq bu çox kiçik rol olacaq. İndi filmlərimdə öz yerimə oğlanlarımdan istifadə edirəm. “Müqəddəs qan” filmimdə onların hamısı oynayıblar. İndi ikicə oğlum var, onların biri bu yaxında rəhmətə getdi.
- Bəs evinizdə" Edip kompleksinə" bənzər bir durum varmı? Oğlanlarınız sizi öldürmək istəmir ki?
Oğlanlarımın hərəsi bir qadındandır və o qadınların hamısı uşaqları mənim üstümə atıb gediblər.
- Yox, belə durum yoxdur! Mən avanqard sənət adamıyam və oğlanlarımı da özümə uyğun tərbiyə etmişəm, onlara həm ata, həm də ana olmuşam. Oğlanlarımın hər biri fərqli qadından dünyaya gəlib. Və o qadınların hamısı da uşaqları mənim üstümə atıb gediblər. Mən onları çox azad şəkildə böyütmüşəm. Onlara çoxlu sevgi vermişəm, dostluq qurmuşam. Adətən oyunlar oynayanda mənə qalib gəlmələrinə şərait yaratmışam. Onlar həmişə mənə qalib gəliblər. Mən onların məndən daha ağıllı olmalarına imkan yaratmışam, evdə öz yerlərini tutmalarına, bütün işlərdə rəhbərlik mövqeyində olmalarına çalışmışam. Nəticədə bizim əla münasibətimiz var, biz əməkdaşlıq edirik, Oğlanlarımın biri şairdir, mənsə onun üçün mahnı yazmışam, digər oğlum isə aktyorluq edir, səhnədə oynayır, onun üçün də pyes yazmışam. Biz birlikdə işləyirik.
- Əvvəllər deyirdiniz, pornoqrafiya güc deməkdir. Bəs indi pornoqrafiyanın kiçik-burjuaya çevrilməsi halında necə düşünürsünüz?
Mənimçün pornoqrafiyayla Hörümçək adam yaxud Supermen haqda film arasında heç bri fərq yoxdur.
- Bu daha mənə maraqlı deyil, düzdür indi fransız pornoulduzu Coralie ilə dostluğum var. Günümüzdə pornoqrafiya böyük miqyaslı biznes sənayesinə çevrilib. Sənaye səviyyəsində inkişaf etmiş istənilən sənət növünə isə mənim gözümdə hörmətə layiq deyil. O sadəcə maraqsızdır.
Mənimçün pornoqrafiyayla Hörümçək adam yaxud Supermen haqda film arasında heç bri fərq yoxdur. Supermenin sevişməsini təsəvvür edə bilirsiniz? Supermen böyük təhlükədir, buna görə də seks zamanı onun spermatazoidləri göyə uçur, binaların başına çıxır və bu bəzi texniki problemlər yaradır. Mənimçün pornoqrafiyayla Supermen eyni şeydir.
- Bəs senzura haqda nə düşünürsünüz? Bəziləri deyirlər, sovet kinosunu ayaqda saxlayan senzuraymış.
- Senzura tətbiq edən adamın sənətdən başı çıxmır, nə də istedadı yoxdur. İstənilən həqiqi sənətkarın senzuradan zəhləsi gedir. İndi senzuranın yoxluğundan şikayətlənənlər isə istedadsız adamlardır.
Mənbə: chaskor.com