Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:39

Cəbhəçiyə 25 sutka inzibati həbs


Gözəl Bayramlı
Gözəl Bayramlı

Suraxanı Rayon Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Qədim Bəkirova 25 sutka inzibati həbs cəzası verdiyi bildirilir.

AXCP sədrinin müavini Gözəl Bayramlının bildirməsinə görə, cəbhəçi gənc İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə günahkar bilinib.

Digər cəbhəçi - Fuad Əhmədlidən isə, hələlik, yeni xəbər yoxdur.

+++

«Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Fuad Əhmədli və Qədim Bəkirov, hələ də, sərbəst buraxılmayıblar. Bu şəxslərin hansı əməldə qanun pozuntularına yol verdikləri barədə hər hansı rəsmi açıqlama yoxdur».

Bunu AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

O, deyib ki, Q.Bəkirovun avqustun 19-da Suraxanı Rayon Məhkəməsinə çıxarılacağı gözlənilir: «Bütün səylərimizə baxmayaraq, Q.Bəkirovun nədə ittiham olunması barədə heç nə öyrənə bilmədik. İndi məhkəmədə məlum olacaq ki, nəyə görə saxlanılıb».
Q.Bəkirovun Suraxanı Rayon Polis İdarəsində saxlandığı deyilir.

G.Bayramlı hər hansı izah verilmədən iki gəncin saxlanmasını qanun pozuntusu kimi dəyərləndirib.

Digər cəbhəçinin - Fuad Əhmədlinin isə avqustun 18-i səhər saatlarında Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığı iddia olunur. Partiyadan bildirildiyinə görə, onun mənzilində axtarış aparılıb, xeyli sayda kitab götürülüb. Yaxınlarının bildirməsinə görə, avqustun 18-i axşam saatlarında Fuad Əhmədlidən bəzi xəbərlər alıblar. Demələrinə görə, özünü Fuad Əhmədlinin dövlət tərəfindən tutulmuş vəkili kimi təqdim edən birisi bildirib ki, gəncin 48 saat saxlanması ilə bağlı qərar verilib.

Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən Fuad Əhmədli ilə Qədim Bəkirovun saxlanması ilə bağlı bilgi almaq mümkün olmayıb.

AXCP üzvü olan hər iki gəncin avqustun 18-i səhər saatlarından saxlandığı güman edilir.

F.Əhmədli AXCP Xətai rayon Gənclər Komitəsinin sədri, Q.Bəkirov isə partiya fəalıdır.

XS
SM
MD
LG