Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:43

Trump-ın köməkçisi lobbiçilik işini açıqlamayıb


Paul Manafort
Paul Manafort

«The Associated Press» agentliyi bildirir ki, əldə etdiyi elektron yazışmalar (e-mail) respublikaçılardan prezidentliyə namizəd Donald Trump-ın kampaniyasının sədri barədə bəzi məlumatları üzə çıxarıb. Belə ki, Paul Manafort-un lobbiçilik şirkətinin vaxtilə Ukraynanın rusiyapərəst prezidenti Viktor Yanukovych-dən ötrü lobbiçilik etdiyi və bunu qanunvericiliyə uyğun olaraq açıqlamadığı bildirilir.

E-maillər göstərir ki, Paul Manafort və müavini Rick Gates-in lobbi şirkəti Amerikada ictimai fikri Yanukovych-in xeyrinə yönəltməyə çalışıb. Yanukovych 2014-cü ildə devrilib.

Bu arada Donald Trump Rusiyayla bağlı dostyana fikirlərinə görə getdikcə daha çox tənqid olunur.

Manafort və Gates apreldən Trump-ın kampaniyasını idarə edir. Manafort bu həftənin əvvəlində deyib ki, heç vaxt Ukrayna və ya Rusiya hökumətlərinə birbaşa lobbiçilik dəstəyi göstərməyib.

«AP» isə onun şirkətinin belə bir fəaliyyətlə məşğul olduğunu, ancaq qeydiyyatdan keçmədiyini və xarici agent rolunu açıqlamadığını bildirib. ABŞ qanunlarına görə, xarici siyasi liderlərə lobbiçilik edənlər Ədliyyə Departamentinə detallı hesabat verməlidirlər. Bu qaydanı pozanları 5 ilədək həbs və 250 min dollarlıq cərimə gözləyir.

XS
SM
MD
LG