Azərbaycan Rio-2016 Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.
Avarçəkən Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metrlik məsafəyə yarışda ikinci olub.
Bu yarışda ukraynalı Yuri Çeban qalib gəlib.
O, finişi xəttini 39,279 saniyəyə qət edib ki, bi yeni Olimpiya rekordudur.
Demyanenko Həmyerlisindən 0,214 saniyə geri qalıb və gümüş medal qazanıb.
Beləliklə “Rio-2016”da Azərbaycanın qazandığı medalların sayı 10-a çatıb.
Artıq həmin medallardan 8-i dəqiqləşib.
Digər iki medal isə boksda olacaq.
Bosçular Kamran Şahsuvarlı və Lorenso Sotomayor yarımfinala vəsiqəni təmin etdiyindən və mübarizəni davam etdirdiklərindən onların ən azı bürünc medal qazanacağı qətiləşib.
Yarışda çıxışlarını başa vuran və medal qazanan idmançılar isə aşağıdakılardır.
Gümüş medal
Cüdo
Rüstəm Orucov
Elmar Qasımov
Güləş
Mariya Stadnik
Avarçəkmə
Valentin Demyanenko
Bürünc medal
Güləş
Sabah Şəriəti
Avarçəkmə
İnna-Osipenko-Rodomskya
Güləş
Rəsul Çunayev
Taekvando
Patimat Abakarova