Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 08:54

Hasilatın dondurulacağı ehtimalı nefti bahalandırır


neft
neft

Neft bahalaşır. Hazırda neftin bir barreli 48 dollardır.

Neftin qiymətinin qalxmasına səbəb gələn ay keçiriləcək qeyri-rəsmi OPEC toplantısında istehsalın dondurula biləcəyi ehtimallarıdır.

Rusiya, "ehtiyac duyularsa" istehsalı müştərək şəkildə dondurmağa dair danışıqlara açıq olduğunu bildirib.

Nigeriyanın neft naziri Emmanuel Kachikwu, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) üzvlərinin "yəqin ki, istehsalı salmayacaqlar" - deyib.

Brent nefti hələlik 2,3% bahalaşma ilə 48,09 dollardan, ABŞ xam nefti isə 2,2% bahalaşma ilə 45,52 dollardan satılır.

XS
SM
MD
LG