Avqustun 14-də İraqın Kürdistan regionunda döyüşçülər özünü İslam Dövləti adlandıran yaraqlıların əlində olan Mosulu almaq üçün həlledici hücuma keçiblər.
Bildirilir ki, hücumun ilk saatlarında 6 kənd ələ keçirilib.
Hücumda artilleriya atəşindən və ABŞ-ın rəhbərlik edən koalisiyanın hava qüvvələrindən istifadə edilib.
Buna da bax: İŞİD itirə-itirə gedir
Mosul Bağdadın 400 km-də yerləşir və İslam Dövləti-nin ilk zəbt etdiyi ərazilərdən biridir. Hesab edilir ki, İslam Dövləti Mosulu özünün paytaxtı sayır.
İraqın baş naziri Haidar al-Abadi vəd edib ki, şəhər bu ilin sonuna kimi geri qaytarılacaq.