Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 03:19

Orta Asiyada Gülən məktəbləri


Qırğızıstanda məktəb
Qırğızıstanda məktəb

Orta Asiyada Gülən məktəbləri. Niyə Qırğızıstan və Qazaxıstan bu məktəbləri bağlamaq istəmədi?

Bu mövzuda Azadlıq Radiosunda keçirilən müzakirədə Orta Asiya Amerika Universitetinin professoru Emil Joroev deyib ki, Ankara Bişkəkdən Gülən məktəblərini bağlamasını istəyəndə Qırğızıstan bunu yumşaq şəkildə rədd etdi.

Joroev bunu belə izah edir ki, bu, gözləniıməz deyildi: “Qırğızıstanda Gülənlə bağlı təxminən 20 məktəb var. Bunların çoxu yüksək təhsil səviyyəsi göstərən məktəblərdir. Bunlarda minlərlə şagird oxuyur”

Lexingtondakı Kentuccy Universitettindən olan Alan DeYoung-un fikrincə, səbəb odur ki, Qırğzıstanın bu məktəblərə ehtiyacı var: “Gülən məktəbləri elə yerlərə gəlib və yaradılıb ki, burda məktəblər heç də yaxşı nəticələr göstərmirdi. Bu məktəblər imkanlar və resurslar verir, elektrikli siniflər verir...”

Müzakirələrdə deyilib ki, Qazaxıstan prezidenti Nazarbayev də Gülən məktəblərini bağlamaq tələbini yerinə yetirməkdən imtina etdi, ancaq bu məktəbləri daha ciddi nəzarətə götürməyi də vəd etdi.

Ekspertlərin fikrincə, Qırğızstanın və Qazaxıstanın Ankaranın çağırışına müsbət cavab verməməyi bu ölkələrin bu məktəblərə ehtiyacından yaranır.

Digər 3 Orta Asiya ölkəsində isə durum fərqlidir.

Tacikistan Gülən məktəblərini 2015-ci ildə bağlayıb. Ancaq ekspertlərin fikrincə, bu, Gülənlə bağlı deyil, Tacikistanda dinlə bağlı məktəblərə qarşı aparılan kampanaiya ilə əlaqədardır.

Gülən ideyaları sufi Səid Nursi-nin fikirlərindən qaynaqlanır. Özbəkistan prezidenti İslam Kərimov hələ 1997-ci ildə Türkiyədə Nursi məktəblərində oxuyan bütün tələbələri geri çağırdı və hətta nurçularla bağlı olanlar həbs də edildi.

Türkmənistanda isə cəmi bir məktəb Gülənlə bağlı hesab olunurdu, onu da avqustda bağladılar.

XS
SM
MD
LG