Amerikalı üzğüçü Michael Phelps Rio Olimpiadasını 5-ci qızl medal almaqla başa vurdu.
O, sonuncu qızıl medalını 100 metr brasla estafetdə ABŞ yığmasının üzvü kimi qazanıb.
Associated Press və Reuters agentliklərinin məlumatına görə, bununla Phelps Olimpiadalar tarixində ən uğurlu idman karyerasını başa çatdırıb. O, 23 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
Phelps Rio olimpiya oyunlarında 5 qızıl və 1 gümüş medal aldı.
31 yaşlı Phelps deyib ki, onun Tokio 2020 Olimpiya oyunlarında yenidən “pensiyaya getmək “ fikri yoxdur.
O deyib: “ Mən 4 il də davam etmək istəmirəm və burda dayanıram”. “Mən idmanda beynimdə tutduğum hər şeyi edə bildim və idmanda 24 ildən sonra mən xoşbəxtəm ki, hər şey belə qurtardı”.