Keçid linkləri

2026, 12 Aprel, bazar, Bakı vaxtı 10:31

İran idmançısı diz çöküb platformanı öpdü

Kianoush Rostami
Kianoush Rostami

Rio Olimpiadasında iranlı ağırlıqqaldıran Kianoush Rostami dünya rekordunu təzələyərək ölkəsinə ilk qızıl medalı qazandırıb.

85 kq çəkidə yarışa qatılan idmançı 396 kq-lıq ağırlığı qaldırıb. O, bununla özünün əvvəlki 395 kq rekordunu da təzələyib.

Çinli Tian Tao isə 395 kq-lıq ağırlıq qaldırıb və gümüş medal qazanıb. Rumıniyalı Gabriel Sincraian bürünc medal alıb.

Rostami Tian-a qalib gəldiyini bilən kimi dizlərini yerə qoyub platformanı öpüb, sonra da başını yuxarı qaldıraraq sanki dua oxuyub.

This item is part of
XS
SM
MD
LG