Avqustun 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı bildirilir.
AzərTAC Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gecə 23-27, gündüz 29-34 dərəcə isti olacaq.
Buna da bax: 'Yayda kampaniya aparılması absurddur'
Rayonlarda da ciddi yağıntı olmayacağı bildirilir. Lakin bəzi dağlıq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə 15-20, gündüz 25-30 dərəcə isti ehtimal edilir.
Mərkəzi Aran rayonlarında gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı bildirilir.
Son günlər Aran rayonlarında temperatur 43 dərəcəyə yüksəlmişdi.