Keçid linkləri

2025, 17 Mart, Bazar ertəsi, Bakı vaxtı 09:33

Avqustun 14-də Olimpiadada...


2016-cı ilin Rio Olimpiada Oyunları. Azərbaycanlı atlet Oleg Stepko
2016-cı ilin Rio Olimpiada Oyunları. Azərbaycanlı atlet Oleg Stepko

Bu gün, avqustun 14-də Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında beş azərbaycanlı idmançı yarışacaq.

Azərbaycan təmsilçiləri idmanın yunan-roma güləşi, velosiped və boks növündə yarışacaqlar.

AZƏRTAC-ın xəbərinə görə, yunan-roma güləşində I Avropa Oyunlarının qalibi, son dünya çempionatının beşincisi Elvin Mürsəliyev (75 kq), Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı, dünya çempionu və Avropa çempionatının ikiqat qızıl medalçısı Rövşən Bayramov (59 kq) yarışacaq.

Buna da bax: Olimpiadanın qızıl medalının neçə faizi qızıldı

Elvin Mürsəliyev 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebye ilə qarşılaşacaq. R. Bayramovun 1/8 finaldakı rəqibi də Venesuela güləşçisi Rayber Xose Orozko Rodrigez olacaq.

Velosiped yarışlarında Olqa İsmayılova çıxış edəcək.

Avqustun 14-də Azərbaycanın iki boksçusu da rinqə çıxacaq. Bunlar Olimpiya Oyunlarında keçirdiyi iki görüşdə qələbə qazanaraq 1/4 final mərhələsinə yüksələn Azərbaycan yığmasının bayraqdarı Teymur Məmmədov və I Avropa Oyunlarının qalibi boksçu Lorenzo Sotomayordur. Teymur Məmmədov (81 kq) növbəti mərhələdə qazaxıstanlı Adilbek Niyazimbetov ilə qarşılaşacaq. Lorenzo Sotomayor isə 1/8 final mərhələsində (64 kq) fransalı Hassan Amzil ilə rinqə çıxacaq.

Buna da bax: Azərbaycanın Rio-de-Janeyroda ilk medalı

Hazırda Azərbaycanın aktivində iki gümüş medal var. Hər iki medal cüdoda qazanılıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bəziləri mübarizəni yarımçıq dayandırıb.

XS
SM
MD
LG